Ukrayna Universitetləri Boloniya müqaviləsini imzalayan ölkələrdən biri kimi onun diplomu Avropada etibarlıdır və Azerbaycan Təhsil Nazirliyi tərəfindən tanınır. Ukraynada bir universitetdə təhsil almaq üçün seçimləriniz arasında dünyanın ilk 1000-liyinə daxil olan və Azerbaycan tərəfindən birbaşa ekvivalent olan Ukrayna universitetləri var. Bir sözlə, dünyanın və Avropanın istənilən ölkəsində universitetdə təhsil almaq hüququnuz olduğu kimi, Ukraynada da universitet təhsili almaq və ekvivalentlik almaq hüququnuz var.
Ukrayna Universitetlərinə Qəbul və Müraciət Tələbləri
Ukrayna Universitetlərinə qəbullar Azerbaycan vətəndaşları üçün attestatla aparılır və hər hansı bir şərt axtarılmır. Bakalavr üçün attestat və Magistratura təhsili üçün Bakalavr məzunu olmanız kafidir. Bəzi Üniversitetlər tibb və diş həkimliyi fakültələrində attestatınızdaki kimya və biologiya kimi dərslərə önəm verir və 65+ olmasını tələb edir. Azerbaycanlı tələbələrin ən çox təhsil aldığı və maraq göstərdiyi Universitetlər içində Taras Şevçenko Universiteti yer alır. Bunun ən böyük səbəbi, Universitetin Azerbaycan Təhsil Naziliyi nəzdində ən etibarlı Üniversitet kimi dəyərləndirilməsidir.
Ukrayna Universitetində Təhsil üçün Dil Seçimləri
Ukraynada təhsil almaq istəyən tələbələr həm ukrayna və həm də ingilis dilində təhsil ala bilərlər. Hazırlıq proqramına ehtiyacınız varsa, həm ingilis, həm də ukraynas dili hazırlıq proqramları mövcuddur.
Ukraynada Universitet Təhsili Xərcləri
Ukrayna Universitetlərinin illik təhsil haqqı 1500USD-5000USD aralığındadır. Bundan əlavə, Ukraynada təhsil almaq istəyən tələbənin yaşayış xərcləri istisna olmaqla, aylıq orta hesabla 200-300 ABŞ dolları xərcləməktədirlər.
Ukraynada Universitet Təhsili üçün Tövsiyə Edilən Şəhərlər və Universitetlər
Biz Kiev, Odessa və Xarkov şəhərlərini kosmopolit quruluşuna, çox sayda tələbə və keyfiyyət-iqtisadi universitetlərə görə tövsiyə edirik.
Ukraynada tibb təhsili üçün Xarkov Karazin Universiteti, Taras Şevçenko Universiteti, Kiyev Tibb Universiteti, Odessa Tibb Universiteti
Ukraynada mühəndislik təhsili və texniki fakültələr üçün Kiyev Politexnik Universiteti, Xarkov Politexnik Universiteti
Ukraynada psixologiya təhsili üçün Xarkov Politexnik Universiteti, Odessa Mechnikov Universiteti
Ukraynada memarlıq təhsili üçün Odessa Memarlıq Akademiyasını və Kiyev Memarlıq Akademiyasını tövsiyə edirik.