Avstraliya Cənub yarımkürəsində yerləşib Avstraliya materikini, Tasmaniya adasını, Hind və Sakit okeanlarında yerləşən bir neçə adanı əhatə edən, Millətlər Birliyinin üzvü olan dövlətdir. Əhalisinin sayı 25 milyona çatır ki, onun da əksər hissəsi ölkənin yüksək urbanizasiya səviyyəsi ilə seçilən şərq sahillərində yerləşir. Paytaxtı Kanberra, ən böyük şəhəri isə Sidneydir. Ölkənin digər mühüm metropolis ərazilərinə Melburn, Brisben, Pert və Adelayda daxildir ki, bu şəhərlərin də hər birinin əhalisinin sayı 1 milyondan çoxdur.

Avstraliya inkişaf səviyyəsi, iqtisadiyyatın rifahı və təhsil keyfiyyəti ilə son zamanların ən çox diqqət çəkən ölkələr arasında yer almaqdadır. Bununla yanaşı, zəngin mədəniyyətə sahib olan bu ölkədə təhsil almaq sizi hər anlamda inkişaf etdirəcək.  Əgər  Avstraliyaya təhsil almaq məqsədi ilə  getməyi planlayırsızsa, ilk öncə ölkənin təhsil sisteminin necə olduğunu bilməlisiniz.


Avstraliya Dil Kursları

Xaricdə İngilis dili təhsili dedikdə ağla gələn ilk ölkələrdən biri Avstraliyadır. Avstraliya dil kursları dünyada ən çox xarici tələbəyə ev sahibliyi edən ölkələr arasındadır. Ana dilinin ingilis dili olması, geniş iş imkanı, ən aşağı cinayət səviyyəsi, ecazkar iqlimi, təbii gözəlliyi həmçinin xalqının mehriban və qonaqpərvər olması Azərbaycanlı tələbələrin Avstraliya dil kurslarını seçmə səbəblərindəndir.


 


Avstraliya dil kursları, Avstraliya hökuməti tərəfindən tənzimlənir. Bu, Avstraliyadakı dil kurslarının təhsil keyfiyyətinin çox yüksək olmasının səbəblərindən biridir. Avstraliyada əməkdaşlıq etdiyimiz dil kursları beynəlxalq akkreditasiya olunmuş kurslardır. Bu dil kurslarını bitirdikdən sonra aldığınız sertifikatla Amerika, Kanada, İngiltərə, Avstraliya və Avropa ölkələrində yerləşən bəzi kollec və universitetlərə beynəlxalq dil sertifkatınız (İELTS, TOEFL, DUOLİNGO) olmadanda qəbul ola bilərsiniz.

Azərbaycanlı tələbələrin Avstraliyada dil kursu üçün üstünlük verdiyi şəhərlər Sidney, Melbourne və Brisbanedir.  Dil kursları şəhər mərkəzlərində yerləşir. Buda kursa ictimai nəqliyyatla gediş-gəlişi asanlaşdırır.

Avstraliya dil kurslarında müddət 2-54 həftə arasında dəyişir. Tələbə müddət seçmək də sərbəstdir. Adətən Azərbaycandan uzaq bir ölkə olduğu  üçün Avstraliya dil kursları uzunmüddətli təhsil almaq istəyən  şəxslər tərəfindən daha çox seçilir. Dil kurslarında bir səviyyə danışıqınızı inkişaf etdirmək üçün uyğun görülən müddət 8-12 həftədir.

Avstraliya Höküməti hazırda ölkəsinə gələn xarici tələbələrə həftəlik 40 saat işləmək icazəsi verir. Bununla yanaşı şənbə və bazar günləridə könüllü şəkildə işləyə bilərsiniz. Şənbə və bazar günlərinidə işləyib iş vaxtınızı 56 saata çıxarda bilərsiniz. Hazırda Avtraliyada təhsil alan tələbələrimizin hər biri həm ingilis dili təhsilini davam etdirir, həm də həftəlik 56 saatlıq iş imkanından istifadə edirlər. Tələbələrimizin saat hesabı aldığı minumum əmək haqqı isə 32 AUD-dır. Avstraliya olduğca iş imkanları ilə zəngin bir ölkədir. Gedəcəyiniz gündən etibarən demək olar ki, işə yerləşib həm təhsil, həm də iş həyatına başlaya bilərsiz. Avstraliyanın bu cür geniş iş imkanları sizə təhsil müddətində təhsil və yaşam xərclərinizi qarşılama, həmçinin qazanc əldə etmək şansı yaradır.


Avstraliya dil kurslarında proqramlar

• Standart İngilis dili kursları(Həftədə 15-20 Dərs)
• Yarı İntensiv İngilis dili kursları(Həftədə 25 Dərs)
• İntensiv İngilis dili kursları (Həftədə 28-43 Dərs)
• IELTS/TOEFL  Kursları
• Celta – Delta Kursları
• Akademik İngilis dili Kursları
• Fərdi İngilis Dili Kursları

 
Tələbələrin ən çox verdiyi suallardan biridə Avstraliyada dil kurslarına qatılmaq qatılmaq şərtləri? Avstraliyada dil kurslarına qatıla bilməsi üçün tələb olan şərt sadəcə minumum yaş həddinin 16 olmasıdır. 16 yaş və üzəri hər bir şəxs dil kurslarında təhsil ala bilər. 

 Avstraliyada Dil Kurslarına ilkin müraciət üçün tələb olunan yeganə sənəd pasportdur. 

title

Partnyorlar

Xaricdə Təhsil Blogları

Edustart Whatsapp, Elaqe Edustart Whatsapp, Elaqe
Call, Edustart Zeng, Elaqe Edustat telefon,Elaqe, Zeng