- Edustart
- 20 Yanvar 2023
Vistula Universiteti
Polşanın ən köhnə özəl universitetlərindən biridir. 1992-ci ildə Sığorta və Bank işi Universiteti adı ilə yaradılan bu universitet dinamik inkişafı və digər özəl ali təhsil müəssisələri ilə əlaqələri sayəsində indiki statusunu qazanıb.
Burada dərslər polyak və ingilis dillərində keçirilir.
Vistula universiteti tələbələrə əmək bazarında tələb olunan təhsili verir, bu prosesdə diqqətlə seçilmiş təhsil sahələri və ixtisaslar daim iqtisadi vəziyyətə uyğunlaşdırılır. Ümumiyyətlə, Vistula beynəlxalq universitetdir. “Perspektywy” reytinqinə görə beynəlxalqlaşma üzrə liderdir. Tələbələr və müəllimlər 100 ölkədən gəlir və bütün təhsil sahələri də ingilis dilində aparılır. Universitet xarici universitetlərlə əməkdaşlıq edir və tələbələr beynəlxalq mübadilə proqramlarında iştirak edirlər.
Vistula Universitetində illik təhsil haqları bakalavr 2700 avrodan, magistratura 2000 avrodan başlayır.
Burada memarlıq, komputer mühəndisliyi, enerji menecmenti, ingilis dili tədqiqatları, maliyyə və mühasibat uçotu, menecment, beynəlxalq münasibətlər, iqtisadiyyat, qrafika, jurnalistika, layihələrin idarəolunması ixtisasları tədris olunur.
Vistula School of Hospitality
Varşavada geniş tanınan Mieczyslaw Orlowicz Turizm və Rekreasiya Kolleci; Varşava Turizm, Qida və Otelçilik Universiteti və Turizm və Otelçilik Kollecinin birləşməsi nəticəsində yaradılmışdır.
Vistula school of Hospitality yüksək keyfiyyətli praktiki təhsil və məzunları gələcək karyeralarına ən yaxşı şəkildə hazırlamaq missiyasını davam etdirir. Burada təhsil alan tələbələr turizm, toplantı sənayesi, idman, dietetika dünyasında uğuru təmin edəcək səlahiyyətləri inkişaf etdirirlər. Vistula Məktəbi tələbə və akademik heyət mübadiləsi, birgə proqram və layihələr, tədqiqat fəaliyyəti, təcrübə mübadiləsi və nəşriyyat sahəsində 40-dan çox xarici universitetlə əməkdaşlıq edir.
Universitet digərləri ilə yanaşı, Polşa hökuməti, voyevoda hakimiyyəti, milli və regional təşkilatlar, banklar, investorlar və turizm müəssisələri üçün çoxlu işlər və tədqiqat layihələri həyata keçirmişdir. Həmçinin, universitet Mərkəzi Statistika İdarəsi ilə əməkdaşlıq edərək Polşada turizm statistikası sisteminin təkmilləşdirilməsində iştirak etmişdir.
Vistula School of Hospitality universitetində bakalavr təhsil haqları 2500 avrodan, magistratura 2000 avrodan başlayır.
Müraciət üçün tələb olunan sənədlər:
Polşa Universitetlərinə müraciətlərdə istifadə olunan sənədlər universitetə və ixtisasa görə fərqli olsa da, demək olar ki, bütün müraciətlərdə aşağıdakı sənədlər təqdim edilməlidir;
1. Passport
2. Şəxsiyyət vəsiqəsi
3. Attestat və ya 11-ci sinifdə oxuyanlar üçün məktəbdən arayış (Magistratura üçün Bakalavr diplomu və ya 4-cü kursda oxuyanlar üçün universitetdən arayış)
4. Transkript (9-10-11-ci sinif qiymətlər cədvəli, magistratura üçün semestrlər ərzində verdiyiniz imtahan nəticələri cədvəli)
5. 2 ədəd referans məktubu
6. Fotoşəkil (5x6 ölçüdə, rəngli, arxa ağ fonda)
Polşa universitetlərində təhsil üçün tələb olunan İELTS minimum 5.5, TOEFL 72+
Dil sertifikatı olmayan tələbələr isə universitet daxilində keçirilən imtahanda iştirak edir, 900 bal üzərindən 700+ topladığı halda birinci kursa başlayır, imtahan nəticəsi göstərilən baldan aşağı olduqda isə foundation(hazırlıq) oxuyaraq təhsilinə başlayır. Foundation müddəti 6-12 ay arası dəyişir.
Ətraflı məlumat üçün