Work and Travel Programı

Work and Travel ( WAT) Amerika Birləşmiş Ştatları  (ABŞ) dövlət nazirliyi tərəfindən mədəni mübadilə programları çərçivəsində  təşkil  edilməkdədir.  Sadəcə  universitet  tələbələri üçün nəzərdə tutulmuş beynəlxalq mədəni  dəyişim  və  inkişaf programlarıdır. Programlara qatılan Tələbə, ABŞ hökumətinin rəsmi  gördüyü rəsmi sponsorlar tərəfindən, ABŞ’da olduğu müddət ərzində  sosial  güvənlik nömrə ilə verilən iş hüquqlarına  və gündəlik  xərclərini  ödəmək  üçün  istəyə  bağlı qanuni  olaraq  işləmək, yaşayış yeri və səyahət haqqına sahib olur. Proqramın rəsmi açıqlama mətninə https://j1visa.state.gov/programs/summer-work-travel ünvanından, proqramı həyata keçirmək səlahiyyətinə sahib olan sponsor qurumlar barədə ətraflı məlumatları  rəsmi səhifədən  ala bilərsiniz.

 Proqram sponsorları J1 Visa proqramı çərçivəsində xidmət göstərən şirkətlərdir və hər bir sponsorun təqdim etməli olduğu xidmətlər Amerika Hökuməti tərəfindən müəyyən edilir. Proqram sponsorları həmçinin 24/7 əsasda tələbələrin hüquqi məsuliyyətini daşıyırlar.

Bu programlara qatılan  tələbə işçi kimi və ya hər hansı digər vəzifədə işləmək üçün xaricə  göndərilmir. Arzu edən  Tələbə  səyahət, yaşayış və tətil xərclərinin bir hissəsini qarşılamaq   üçün  qeyri-ixtisaslı  müvəqqəti işlərdə qanuni  işləyə bilər.  Bu programlar iştirakçılra dil təhsili  vermək  üçün bir təhsil  programı ya da planlaşdırılmış turistik ekskursiya programı da deyil. Bu proqram vasitəsi ilə Siz yay tətilinizi Amerikada səmərəli və faydalı keçirə biləcək, dil biliklərinizi inkişaf etdirəcək, dünyanın müxtəlif ölkələrindən olan tələbələrlə dostluq əlaqələri qura biləcəksiniz.

WAT Proqramları haqqında rəsmi məlumatı ABŞ hökuməti, konsulluqları, səfirlikləri və ya Dövlət Departamenti tərəfindən icazə verilmiş rəsmi sponsorların internet saytlarından əldə edə bilərsiniz.

Təcrübəli şirkətlə Work and Travel proqramına qoşulmaq sizə əvvəldən sona qədər yaxşı təşkil olunmuş təcrübə qazandırır. Proqramla maraqlanırsınızsa, aşağıdakı mövzuları nəzərdən keçirə və bizimlə əlaqə saxlaya bilərsiniz.

 

Work and Travel Proqramının məqsədi və müddəti

WAT Proqramının məqsədi Universitet Tələbələrinə yay tətili zamanı ABŞ-da J-1 Cultural Exchange vizası ilə qeyri-ixtisaslı bir işdə qanuni şəkildə işləmək və ingilis dili biliklərini işdə tətbiq etməkdir. Proqramların təşkili, qanuni iş sənədlərinin verilməsi və işə yerləşdirmə vəzifələrini ABŞ-da yerləşən Sponsor qurum tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası vətəndaşları 15may-1oktyabr tarixləri arasında universitetlərin tətil günlərində proqramlarda iştirak edə bilərlər. Azərbaycanda təhsil alan xarici tələbələr də proqrama qoşula  və viza üçün müraciət edə bilərlər. Bununla yanaşı, onlar konsulun yönləndirməsi və ya öz istəyi ilə ölkələrindən də viza üçün müraciət edə bilərlər. Proqram bitdikdən sonra əlavə 30 günlük səyahət vaxtı verilir.

Work and Travel Programının üstünlükləri

  • İngilis dilinizi təkmilləşdirə bilərsiniz,
  • Fərqli mədəniyyətlərdən dostlar qazana, onların mədəniyyətini öyrənərkən öz mədəniyyətinizi tanıta bilərsiniz,
  • İşləyərkən qazandığınız pulla öz xərclərinizi qarşılaya bilərsiniz.
  • Qazandığınız pulu iş vaxtınız bitdikdən sonra səyahət etmək üçün istifadə edə bilərsiniz,
  • CV-nizə beynəlxalq iş təcrübəsi əlavə edə bilərsiniz.

 

Work and Travel Proqramına müraciət müddəti

Zamanlama və müraciət müddəti Work and Travel proqramında iştirak etmək istəyənlər üçün bəlkə də ən vacib mövzudur. Ümumiyyətlə, ölkəmizdə səyahət planları adətən bir il öncədən düşünülmədiyi halda, on minlərlə iştirakçısı və çox böyük tələbat olan Work and Travel proqramına qeydiyyatlar hər il avqust ayında başlayır və agentliklər onlar üçün ayrılmış kvotaları ən qısa zamanda doldurmaga çalışırlar. Proqram üzrə kvotalar çox olsada, tələbata uyğun olaraq kifayət qədər məhdud olduğunu söyləmək olar. Tövsiyəmiz budur ki, Work and Travel proqramı ilə bağlı planlarınızı 1 il öncədən edin. Xüsusilə Work and Travel proqramı üçün viza müsahibələrinin fevral ayında başladığını nəzərə alsaq, erkən müraciətin əhəmiyyətini daha yaxşı başa düşmək olar.

 

Work and Travel işləri və qazanc

İlk növbədə, bilməlisiniz ki, Work and Travel zənginləşdirmə proqramı deyil. Təbii ki, söhbət mədəni zənginlikdən getmir. Proqram çərçivəsində siz mövsümi kadr ehtiyacını qarşılayan müəssisələrdə, ümumiyyətlə, otel, restoran, əyləncə parkı və ya ictimai hovuzların idarə edilməsi kimi ixtisas tələb etməyən işlərdə həftədə 32-56 saat olmaqla saat hesabı 13-20 dollara çalışacaqsınız.

Məsləhətimiz odur ki, heç vaxt metropolda film kimi bir həyat xəyal etməyin.

İşiniz sizi yoracaq və bunun müqabilində Amerikanın iqtisadi şəraitində ideal minimum əmək haqqı qazanacaqsınız. İşləyərkən dostluqlar qazanacaq, əmanətlərinizlə boş vaxtlarınızda əylənəcək, səyahət edə biləcəksiniz və proqramda iştirak edən digər tələbələrlə ingilis dilini inkişaf etdirə biləcəksiniz.

Siz gələcəyin həkimi, mühəndisi və ya siyasətçisi ola bilərsiniz, lakin bu proqram zamanı ixtisas tələb etməyən işlərdə çalışan bir işçi olacaqsınız və ailənizdən,eləcə də ətrafınızdan görməyə adət etdiyiniz qayğını öz işinizdən görə bilməyəcəksiniz. Amma  əmin edirik, gələcəyinizə işıq salacaq çoxlu təcrübə qazanacaqsınız.

Əgər siz yüksək iqtisadi inkişafa malik bir ölkədə həyat reallıqları ilə üzləşmək istəyirsinizsə, Work and Travel America proqramı sizin üçündür.

 

Work and Travel 2024

 

Work and Travel 2024 qeydiyyatlarımız başladı

Work and Travel 2024 mövsümü artıq başlamışdır. Erkən qeydiyyatdan keçməklə Siz həm iqtisadi, həm də iş yerlərinin seşimi baxımından fayda qazana bilərsiniz. 2024-cü ilin yayında Work and Travel proqramında iştirak etmək istəyənlər üçün qiymətlərimiz aşağıda verilmişdir.

İş və Səyahət proqramının ödənişləri qeydiyyatın başlama tarixindən sona dogru tədricən artır və təxminən $600-a qədər dəyişə bilər. Proqramda iştirak etmək qərarına gələn tələbələrə mümkün qədər tez qeydiyyatdan keçmələrini tövsiyə edirik. Bu yolla aviabiletlərdə baş verə biləcək mümkün qiymət artımlarının da qarşısını almaq olar.

 

Work and Travel 2024 qiymətləri

  • Proqramın qiyməti: $2500
  • Viza rüsumu: $195 (Vizadan əvvəl ödənilməlidir)
  • SEVIS rüsumu: $35 (Vizadan əvvəl ödənilməlidir)
  • Təyyarə bileti: $600 – $1000 (Vizadan sonra almaq olar). Biletin qiyməti tarix və təyinat yerindən asılı olaraq dəyişə bilər.
  • Cib xərcliyi: Orta hesabla $1000 (İlk maaş çekinizi alana qədər tələb olunur)

 

Diqqət edin

Work and Travel proqramı üzrə daha aşağı qiymət təklifləri əldə etmə ehtimalı ola bilər. Lakın, təcrübəmizə əsaslanaraq deyə bilərik ki, proqramı ucuz qiymətə almaq peşəkar xidmətləri məhdudlaşdırır. Dəqiq, etibarlı və təcrübəli broker xidməti əldə etmək istəyirsinizsə, ödənişlərinizi məhdudlaşdıraraq bu xidmətlərdən imtina etməyin.

 

Xidmətlərimiz

  • Namizədin proqrama uyğunluğunun müəyyən edilməsi
  • İşə yerləşdirmə prosesi, işə götürən və sponsor müsahibələri
  • DS-2019 iş sənədinin alınması
  • Viza rüsumlarının ödənilməsi və görüşlərin təşkili
  • Görüşlərdən sonra yönləndirmələr
  • Səyahət hazırlıqları
  • Proqram zamanı sponsor dəstəyi ilə 24/7 xidmət
  • Qayıdış planlaması