-
Edustart
- 05 Yanvar 2023
Xaricdə İngilis dili təhsili dedikdə ağla gələn ilk ölkələrdən biri Avstraliyadır. Avstraliya dil kursları dünyada ən çox xarici tələbəyə ev sahibliyi edən təşkilatlar arasındadır. Ana dilinin ingilis dili olması, geniş iş imkanı, ən aşağı cinayət səviyyəsi, ecazkar iqlimi, təbii gözəlliyi həmçinin xalqının mehriban və qonaqpərvər olması Azərbaycanlı tələbələrin Avstraliya dil kurslarını seçmə səbəblərindəndir.
Avstraliya dil kursları, Avstraliya hökuməti tərəfindən tənzimlənir. Bu, Avstraliyadakı dil kurslarının təhsil keyfiyyətinin çox yüksək olmasının səbəblərindən biridir. Avstraliyada əməkdaşlıq etdiyimiz dil kursları beynəlxalq akkreditasiya olunmuş kurslardır. Bu dil kurslarını bitirdikdən sonra aldığınız sertifikatla Amerika, Kanada, İngiltərə, Avstraliya və Avropa ölkələrində yerləşən bəzi kollec və universitetlərə beynəlxalq dil sertifkatınız (İELTS, TOEFL, DUOLİNGO) olmadanda qəbul ola bilərsiniz.
Azərbaycanlı tələbələrin Avstraliyada dil kursu üçün üstünlük verdiyi şəhərlər Sidney, Melbourne və Brisbanedir. Dil kursları şəhər mərkəzlərində yerləşir. Buda kursa ictimai nəqliyyatla gediş-gəlişi asanlaşdırır.
Avstraliya dil kurslarında müddət 2-54 həftə arasında dəyişir. Tələbə müddət seçmək də sərbəstdir. Adətən Azərbaycandan uzaq bir ölkə olduğu üçün Avstraliya dil kursları uzunmüddətli təhsil almaq istəyən şəxslər tərəfindən daha çox seçilir. Dil kurslarında bir səviyyə danışıqınızı inkişaf etdirmək üçün uyğun görülən müddət 8-12 həftədir.
Avstraliya Höküməti hazırda ölkəsinə gələn xarici tələbələrə həftəlik 40 saat işləmək icazəsi verir. Bununla yanaşı şənbə və bazar günləridə könüllü şəkildə işləyə bilərsiniz. Şənbə və bazar günlərinidə işləyib iş saatınızı 56 saat edə bilərsin. Hazırda Avtraliyada təhsil alan tələbələrimizin hər biri həm ingilis dili təhsilini davam etdirir, həm də həftəlik 56 saatlıq iş imkanından istifadə edirlər. Tələbələrimizin saat hesabı aldığı minumum əmək haqqı isə 32 AUD-dır. Avstraliya olduğca iş imkanları ilə zəngin bir ölkədir. Gedəcəyiniz gündən etibarən demək olar ki, işə yerləşib həm təhsil, həm də iş həyatına başlaya bilərsiz. Avstraliyanın bu cür geniş iş imkanları sizə təhsil müddətində təhsil və yaşam xərclərinizi qarşılama, həmçinin qazanc əldə etmək şansı yaradır.
Hansı şərtlər var ? Tələbələrin ən çox verdiyi suallardan biridə dil kursları qatılmaq üçün hansı şərtlər ? Avstraliyada dil kurslarına qatıla bilməsi üçün tələb olan şərt sadəcə minumum yaş həddinin 16 olmasıdır. 16 yaş və üzəri hər bir şəxs dil kurslarında təhsil ala bilər.
Avstraliyada xərclər: Xərclər hər kəs üçün eyni deyildir. Çünki qiymətlər şəhərə, dil məktəbinə, kursun müddətinə və gediləcək tarixə görə dəyişir. Yaşam xərci isə aylıq 800-1200 AUD arasında dəyişir. Avstraliyaya təyyarə biletləri 600-1000 USD arasındadır.
EDUSTART MMC olaraq həmvətənlərimizə Avstraliyada dil təhsili almağına köməklik göstərməkdən məmnunluq duyuruq və bu sahədə Azərbaycanda N1 şirkət olaraq sizə xidmət göstərməyə hər zaman hazırıq.
Ətraflı məlumat üçün telefon nömrələrimizlə əlaqə saxlaya və ya ofisimizə yaxınlaşa bilərsiniz.
050-711-40-50, 012-310-57-22
Cəfər Cabbarlı 44,Caspian Plaza, 2 ci korpus, 10 cu mərtəbə.

